Kazım Kazımov

Aparıcı məsləhətçi

Naxçıvan Dövlət Universitetində “jurnalistika” ixtisası üzrə bakalavr, İstanbul Universitetində “iqtisadi siyasət” ixtisası üzrə magistr təhsili alıb. 


Türkiyə Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olub. Veriliş aparıcısı və şərhçi, Milli Media qrupunun Xarici siyasət departamentinin redaktoru (2017-2023) vəzifələrində çalışıb. 


Hazırda Sosial Tədqiqatlar Mərkəzində aparıcı məsləhətçi vəzifəsində çalışır. Xarici və daxili siyasət mövzularında müntəzəm olaraq yerli və xarici mətbuatda çıxışlar edir və təhlillər aparır.