Baş məsləhətçi
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində (2007-2011) təhsil alıb.
2012-ci ildən etibarən müxtəlif media orqanlarında müxbir, redaktor, baş redaktor vəzifələrində çalışıb. Əsasən elm, təhsil və humanitar məsələlərlə bağlı araşdırmalar aparıb. 2018-ci ildən etibarən sırf təhsil sahəsində ixtisaslaşıb. Fəaliyyətini həm də təhsil tədqiqatları istiqamətində davam etdirib. Təhsil sahəsi ilə bağlı bir çox layihələrin ideya müəllif olub. Araşdırmalardan ibarət 2 kitabın müəllifi, 4 kitabın isə redaktorudur.
AzEdu Təhsil Portalında baş redaktor vəzifəsində çalışıb.
Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü və Azərbaycan Təhsil Ekspertləri Mərkəzinin İdarə Heyətinin üzvüdür.
Hazırda Sosial Tədqiqatlar Mərkəzində baş məsləhətçi vəzifəsində çalışır. Mediada cari təhsil məsələləri, təhsilin sosiologiyası, kütləviləşməsi və metodologiyası istiqamətində şərhlərlə çıxış edir. Elm və təhsilin kütləviləşdirilməsi, həmçinin, elm və təhsil tarixinə aid çoxsaylı araşdırma və məqalələrin müəllifidir.