Sektor müdiri
Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində “beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası işlətmə fakültəsində “beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə magistr təhsili alıb.
2015-ci ildə “Beynəlxalq münasibətlərdə QHT-lərin yeri və rolu” mövzusunda yazdığı magistr işini müdafiə edib.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb. Həmçinin “Azlogos” ümumdünya azərbaycanlılarının platformasında çalışdığı dövrdə çoxsaylı məqalələrin müəllifi olub.
Hazırda Sosial Tədqiqatlar Mərkəzində baş məsləhətçi vəzifəsində çalışır. Mediada siyasi şərhlərlə çıxış edir, xarici siyasət, münaqişələrin həlli və sülh quruculuğu istiqamətlərində təhlillər aparır və siyasi-ideoloji mövzularda dövlət əhəmiyyətli arayış və hesabatlar hazırlayır.