İlyas Hüseynov

Sektor müdiri

Bakı Slavyan Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində “yunanşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi (2005) alıb. Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin “avropaşünaslıq” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə (2007) bitirib. 


Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdığı dissertasiya işini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Müdafiə Şurasına təqdim edib. 


Qərbi-Kaspi Universiteti və Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.


Jurnalistlər Birliyinin üzvüdür. 3 il dövlət qulluğunda çalışıb. 


Tədqiqat sahəsi regional hərbi-siyasi və milli təhlükəsizlik istiqamətlərini, nəqliyyat və enerji diplomatiyası məsələlərini əhatə edir. Bu sahələr üzrə çoxsaylı elmi və analitik məqalələrin müəllifidir.