Departament müdiri
Bakı Dövlət Universitetinin bakalavriat, magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda aspirantura təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Analitik informasiya şöbəsində aparıcı mütəxəssis (2001-2007), Elmi informasiya şöbəsində rəis müavini (2007-2013), “Elm” qəzetinin və “Azərbaycan və azərbaycanlılar” beynəlxalq elmi jurnalının baş redaktorunun müavini (2007-2013), AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi (2013-2019), Sosial Tədqiqatlar Mərkəzində baş məsləhətçi (2019-2024) vəzifələrində çalışıb.. Hal-hazırda Daxili siyasətin təhlili departamentinin müdiri, "Sosial tədqiqatlar" beynəlxalq elmi-analitik jurnalının məsul katibidir.
Daxili siyasət, təhsil, elm, təhlükəsizlik, sosiolinqvistika, etnik-dini azlıqlar və ideoloji məsələlər üzrə tədqiqatlar aparır. Bu sahələrdə bir neçə analitik hesabatın, çoxsaylı elmi və elmi-publisistik məqalənin müəllifi, elmi nəşrlərin redaktorudur.