Sahib Məmmədov

İcraçı direktor

Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini (1992),  “Odlar Yurdu” Universitetini “hüquqşünas” ixtisası (2003) üzrə bitirib. Paralel olaraq Polşa Respublikasının paytaxtı Varşava şəhərində İnsan Hüquqları üzrə Beynəlxalq Ali Məktəbdə təhsil alıb (2002-2004). 


Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə 1-ci müavini, icra hakimiyyəti başçısı və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində (1992-1993) çalışıb. 


Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Azad Həmkarlar İttifaqında təlimatçı və əməyin hüquq müfəttişi vəzifələrində (1993-1997) işləyib.


2000-ci ildən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” qeyri-hökumət təşkilatının İcraiyyə Komitəsinin sədridir.


2019-cu ildən Sosial Tədqiqatlar Mərkəzində icraçı direktor vəzifəsində çalışıır.


20-dən çox kitab və tədris vəsaitinin, çoxsaylı tədqiqatların müəllifidir. Bir sıra beynəlxalq konfranslarda məruzəçi, spiker və iştirakçı qismində iştirak edib.
2008, 2012 və 2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv seçilib və Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Şura üzvü təyin edilib.


2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.