Daxili siyasətin təhlili departamenti

Azərbaycan dövlətinin daxili siyasətinin strateji məsələləri, idarəetmə prosesinin təkmilləşdirilməsi, aparılan islahatların səmərəliliyinin artırılması ilə bağlı tədqiqatlar aparır, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını təhlil edir, həmçinin müxtəlif mövzularda ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində yaxından iştirak edir.

Departamentin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  Daxili siyasət üzrə islahatlar strategiyası, ölkədaxili aktual ictimai-siyasi gündəm, dövlət-vətəndaş münasibətləri, dövlətin sosial siyasətinin aşağıdakı istqamətləri: ictimai səhiyyə, elm-texnologiya, təhsil və mədəniyyət, demoqrafik və ekoloji siyasət, milli  siyasət, gənclər siyasəti, kadr və dövlət idarəçiliyi sahəsində islahatlar, ailə-qadın siyasəti, dini, milli-mənəvi dəyərlər, ideoloji siyasət və s. istiqamətlərdə analitik hesabat, arayış, təhlil, mövqe və təklif sənədləri,  elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlamaq;

Mərkəzin digər strukturlarının fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi layihələrin sosial-siyasi təhlili prosesinə kömək etmək;

Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan Mərkəzə daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasının və icrasının təmin edilməsində iştirak etmək;

Müvafiq istiqamətlər üzrə dövlət siyasətinin mütəmadi şərhini, cəmiyyətə əlçatanlığını təmin etmək;

Mərkəzinin illik fəaliyyət planlarının və illik hesabatlarının hazırlanmasında aidiyyəti struktur bölmələri ilə birlikdə iştirak etmək, göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar təkliflər vermək;

Mərkəzin fəaliyyətində yerli və beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına, qlobal təcrübələrin yerli şəraitə uyğunlaşdırılmasına və strateji əməkdaşlıq planlarının hazırlanmasına dair təkliflər vermək;

“Sosial tədqiqatlar”, “Azərbaycan barometri” və s. dövri nəşrlər hazırlamaq;

Fəaliyyət istiqamətlərinə uyğun olaraq Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.