“Sosial-iqtisadi təhlil departamenti” Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi çərçivəsində ölkədəki rifah və eləcə də sosial-iqtisadi sahədə həyata keçirilən islahatların səmərəliliyi ilə bağlı sosioloji sorğu əsaslı ictimai prosesləri, trendləri və cəmiyyətin gözləntilərini müəyyən edərək aidiyyəti dövlət orqanları və qərar qəəbul edən şəxslər üçün analitik sənədlər, elmi tədqiqatlar hazırlayıb təqdim edir. Departament öz işini "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" və eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn çağırışlar üzərində qurur.
Departamentin əsas fəaliyyət istiqamətləri:
• Sosial-iqtisadi sahədə dövlət siyasətinin təhlilini həyata keçirməklə data əsaslı siyasət icmalları, mövqe və analitik təhlil sənədləri hazırlayır;
• Müvafiq istiqamətlər üzrə dövlətin siyasətinin cəmiyyətə mütəmadi şərhini təmin edir;
• Sosial rifahın qiymətləndirilməsi üzrə beynəlxalq hesabat və indekslərin müqayisəli təhlili əsasında hesabatlar hazırlayır;
• Sosial-iqtisadi sahədə islahatların səmərəliliyini artırmaq məqsədilə aidiyyəti dövlət orqanları (institutları) ilə bağlı ictimai rəyi öyrənərək ictimai dinləmələr təşkil edir;
• “Rifah barometri”, “Dayanıqlı inkişaf barometri” və s. dövrü nəşrlər hazırlayır.