İctimai rəyin öyrənilməsi departamenti müasir informasiya texnologiyaları və innovativ üsullar tətbiq etməklə ictimai rəyin öyrənilməsini həyata keçirir.
Departament ictimai-siyasi və sosial-iqtisadi sahələr üzrə aktual mövzularla bağlı təhlil sənədləri hazırlayır.
Departamentin fəaliyyətinə kəmiyyət və keyfiyyət metodologiyaları əsasında sosioloji sorğuların, fokus qrup müzakirələrinin və dərinləşdirilmiş müsahibələrin təşkili daxildir.
Departamentin işinin effektivliyi tətbiq olunan müasir texnologiya və üsullarla birbaşa əlaqədardır. Ötən 5 il ərzində departament tərəfindən kompüter dəstəkli telefonla müsahibə (CATI), üz-üzə müsahibə (CAPI), onlayn müsahibə (CAWI) və kağız anket (PAPI) üsullarından istifadə olunaraq 100-dən artıq sosioloji sorğu həyata keçirilib, bu tədqiqatlarda ümumilikdə 130.000-ə yaxın respondentin rəyi öyrənilib.