İnqilab Şahbazov
İctimai rəyin öyrənilməsi
departamentinin dataların
toplanması və analizi üzrə
baş məsləhətçisi
Mərkəzin fəaliyyətinə töhfəsi: tədqiqat sahəsi ilə bağlı xarici təcrübənin tətbiqi
Rerum cognoscere causas! - hadisələrin səbəblərini öyrənmək. Cəmiyyət dinamikdir, onun nəbzi daim dəyişir. STM-də İctimai rəyin öyrənilməsi departamentinin əməkdaşları olaraq, işimiz məhz ictimai nəbzi ölçmək, eləcə, də mövcud problemlərin həlli yollarını təklif etmək və gələcəyə dair proqnozlar verməkdən ibarətdir.
İnqilab Şahbazov 2012-ci ildə İngiltərənin Şeffild Universitetinə daxil olaraq, sosiologiya üzrə bakalavr təhsili almışdır. Magistratura təhsilini isə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində ədliyyə sistemi üzrə almışdır. O, Science Direct və Web of Science informasiya portallarındakı impakt faktorlu jurnallarda nəşr edilən və nəşrə qəbul edilən 5 məqalənin baş müəllifidir.
Araşdırma sahələri: əhalinin təhlükəsizliyi, əhalinin cinayət növlərinə baxışı, ölkənin kriminogen durumu, ona təsir edən amillər və cəza mexanizmləri.
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində baş məsləhətçi
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib. Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, siyasi şərhçi və araşdırmalar müəllifidir.
Hazırda müxtəlif mövzular üzrə araşdırma yazıları və tədqiqatlar üzərində işləyir. STM TV onlayn media platformasında müzakirələr və yayımlar hazırlayır, stm.az saytını idarə edir.