ZƏNG EDİN

+99455

Email: mail@stm.az
İş vaxtı: 09:00 - 18:00
www.facebook.com/sederektm   www.twitter.com/SederekTM   http://www.youtube.com/watch?v=wurxonx-HMw&feature=youtu.be

Xəbərlər


2013-12-12Bu gün ümumilli liderimiz Heydər Əliyevin anım günüdü

Bu gün ümumilli liderimiz Heydər Əliyevin anım günüdü...Bir neçə ildir ki cismən aramızda olmasa da ideyaları ürəyimizdə yaşamaqdadı...bütün sahələrdə olduğu kimi Ümummilli liderimiz iş adamlarına da daim öz diqqət və qayğısını əsirgəmirdi...Bu gün Sədərək Firmasının kollektivi adından,burda çalışan iş adamları adından ulu tanrıdan bu böyük şəxsiyyətə qəni-qəni rəhmət diləyir,ruhu şad olsun deyirik...
STM MEDİA

2013-12-01STM Radio

Yüklə

Daim yenilikləri ilə seçilən Sədərək Ticarət Mərkəzindən yeni xəbər. "Sədərək” Ticarət Mərkəzi internet radiosu olan ilk TM-dir. “Sədərək”Ticarət Mərkəzinin rəsmi saytı - sederek.info-da yayımlanan radio STM-i artıq android telefonlarda da dinləmək mümkündür. Sadəcə telefonunuza yükləməklə ölkənin ilk biznes radiosunu 24 saat dinləyə bilərsiniz. Radio STMdə yeni mahnılar, Sədərək TM-də yerləşən mağazalar haqqında məlumatlar və biznes verlişləri dinləmə, elan və reklamlarınızı yerləşdirmək imkanınız var.

 

2013-07-12Sədərək Ticarət Mərkəzində milli ayrıseçkilik və bölgəçilik aşılayan geyimlərin satışına qadağa qoyulub.

Sədərək Ticarət Mərkəzində milli ayrıseçkilik və bölgəçilik aşılayan geyimlərin satışına qadağa qoyulub.Üzərində yetim, ağəli, kasıb, avara, avtoş, ölkədə yaşayan müxtəlif milli azlıqların adları və hətta ABŞ-nın Federal Təhlükəsizlik Bürosunun (FBİ) adı olan yay papaqları və geyimləri geyinən insanlarla hər yerdə rastlaşmaq olar. Bu, ilk baxışdan ciddi olmayan məsələyə bənzəsə də, əslində, ölkədə milli ayrıseçkilik, bölücülük və bölgəçilik hisslərini aşılamağa yönəlmiş cəhddir. Belə ki, ölkəyə gətirilən və ticarət mərkəzlərində satılan bir sıra geyim məhsulları cəmiyyətdə milli-ayrıseçkiliyi, məhəlli təəssübkeşlik hisslərini, bölücülüyü təbliğ edir, digər tərəfdən yeniyetmə və gənclər arasında mənəvi aşınmaya gətirib çıxarır.
Sədərək Ticarət Mərkəzində bu qəbildən olan qeyim məhsullarının satışına qadağa qoyulub. Bu barədə məlumatı Sədərək Media Mərkəzinin rəhbəri Eltən İdrisoğlu verib. Onun sözlərinə görə, bütün satış məntəqələrinə belə qeyimlərin yığışdırılması ilə bağlı göstəriş verilib.

2013-04-1616 aprel 2013-ci il tarixində Sədərək Ticarət Mərkəzində yerləşən “Şah” otelində “STM” media biznes mərkəzinin tanıtım konfransı keçirildi.

Sədərək Ticarət Mərkəzinin Baş direktoru Ənvər Qədimbəyli , Baş direktor müavinləri Orxan Qədimbəyli, Nizaməddin Seyidov və icraçı direktor Vahid Qənbərov konfransda iştirak ediblər.
Ənvər Qədimbəyli “STM” media biznes mərkəzinin göstərdiyi xidmətləri yüksək qiymətləndirərək, iş adamlarına biznes fəaliyyətlərinin inkişafı naminə biznes mərkəzinin bu xidmətlərdən istifadə etmələrini tövsiyə etdilər.
Tədbirin sonunda rəhbərliklə sahibkarlar arasında mövcud problemlər və gələcək planlar haqqında müzakirələr olundu.

2013-04-06EuroMed Tibb Mərkəzi daim yenilik axtarışında olaraq, öz müştərilərinə göstərdikləri xidməti mükəmməlləşdirməyə davam edir

5 aprel 2013-cü il tarixində, Ambassador oteldə, EuroMed Özəl Tibb Mərkəzinın təşkilatçılığı ilə “Mikrobioloji Dioqnostikada və Antibiotiklərə Rezistentliyin təyinində standartlar və yeniliklər “ mövzusuna həsr olunmuş konfrans keçirilib. Konfransa Azərbaycanın bir cox tanınmış həkimləri qatılıb.

2013-04-04 Altıağac “Cənnət Bağı” istirahət mərkəzi sərgidə iştirak etdi.

“Cənnət Bağı” şirkətlər qrupunun  Altıağac “Cənnət Bağı” istirahət mərkəzi bu sərginin iştirakçısıdır.

2013-03-28“Sədərək“ Ticarət Mərkəzi dəyişəcək

Məqsəd "Sədərək" TM-ni beynəlxalq ticarət aləmində tanıtmaq və daha keyfiyyətli xidmətə nail olmaqdır

Sədərək Ticarət Mərkəzində "STM" Media Mərkəzi yaradılıb. Bu barədə AzNews.az saytına Media Mərkəzinin rəhbəri Eltən Qədimbəyli məlumat verib.

2013-03-11Əmanətlərin qaytarılması

Azərbaycanın müstəqilliyinin ilk illərində kommersiya banklarında batan əmanətlərin qaytarılması istisna olunmur

2013-03-05"STM" Media Mərkəzinin təşkilatçılığı ilə "Euromed" tibb mərkəzi Sədərək Ticarət mərkəzində seminar keçirib

Son dövrlərdə Azərbaycanda əhalinin orta yaşlı təbəqəsində infarkt, qan təzyiqi, şəkərli diabet və piylənmə halları xeyli artmışdır.




Statistika

» Hit............ 3668

» Onlayn.... 136

» Gün......... 1713

» Dünən.... 4275

» Ümumi... 4713334