ZƏNG EDİN

+99455

Email: mail@stm.az
İş vaxtı: 09:00 - 18:00
www.facebook.com/sederektm   www.twitter.com/SederekTM   http://www.youtube.com/watch?v=wurxonx-HMw&feature=youtu.be

Ovculuq ləvazimatları


2012-12-19Ovculuq ləvazimatları

Ənənəvi kişi xobbilərinin içində birinci yeri ovçuluq tutur. Ovçuluğa yeni başlayan insan ilk öncə övçuluqla bağlı kitablar əldə etməlidir. Nəzəriyyəni bildikdən sonra, dövlət tərəfindən ovçuluq fəaliyyəti üçün qanuni icazə almalıdır.

Hal-hazırda ovçuluq dövlət tərəfindən nəzarətdə saxlanılan bir məşğuliyyətdir. Çünki, təbii fauna balansının qorunması üçün bəzi heyvanların, balıqların, quşların müəyyən dövrlərdə ovlanması qadağandır.

Ovçuluq bir ekstrimdir. Ekstrim isə istənilən idman növünün aparıcı xüsusiyyətidir. Ovçu üçün ovunu əldə etmək qalibiyyətdir.

Ovla məşğul olan insanların yaxşı fiziki hazırlığı, hiss orqanlarının iti və səlist olması vacibdir. Sağlam bədən, hədəf də varsa, ovçu olmaq üçün sadəcə ov avadanlıqlarını almaq qalır. Ov avadanlıqları alarkən onun keyfiyyətnə xüsusi diqqət yetirilməlidir. Çünki saatlarla ov gözləyən ovçunun atdığı tor cırılirsa, digər bir ləvazimatı ilk ovdan korlanırsa, bu böyük məyusluğa və uğursuzluğa və bir idmançı üçün məğlubiyyətə gətirib çıxarır. Geyimdə papağın (kepkanın) dimdiyi üzün olmalıdır, bu sizi günəş şüasının gözlərə təmasından qoruyacaq. Gödəkcə tünd yaşıl, bataqlıq rəngində olmalıdır. Payızda eyni rəngli yüngül materialdan qısa palto geyimək olar. Amma diqqət etməlisiniz ki, bütün gödəkcələrin yaxasında patron üçün iki cibi olsun.

Hər mövsümdə yağışdan qorunmaq üçün xüsusi, papaqlı selefon örtük də vacibdir. Ovda yağışdan islanmaq xoşagələn hal deyil. Xüsusi ovçuluq üçün nəzərdə tutulan selefon plaşlar spesifik yığılma formasına malikdir, ona görə çantada çox yer tutmur.
Ovçuluq üçün silahların və digər avadanlıqların seçimdə sizə Sədərək Ticarət Mərkəzindəki ovçuluq avadanlıqlarının topdan və pərakəndə satış mərkəzlərinin təcrübəli satıcıları kömək edəcək.


Şikarınız bol olsun.

 

"Şikar"
Ovçuluq avadanlıqları
3-cü zona, 16-cı sıra ilə üzbəüz, 2-mərtəbəli bina-mağaza

 



Statistika

» Hit............ 3303

» Onlayn.... 119

» Gün......... 1692

» Dünən.... 4275

» Ümumi... 4713297