ZƏNG EDİN

+99455

Email: mail@stm.az
İş vaxtı: 09:00 - 18:00
www.facebook.com/sederektm   www.twitter.com/SederekTM   http://www.youtube.com/watch?v=wurxonx-HMw&feature=youtu.be

Xəbərlər


2013-07-12 Sədərək Ticarət Mərkəzində milli ayrıseçkilik və bölgəçilik aşılayan geyimlərin satışına qadağa qoyulub.

Sədərək Ticarət Mərkəzində milli ayrıseçkilik və bölgəçilik aşılayan geyimlərin satışına qadağa qoyulub.Üzərində yetim, ağəli, kasıb, avara, avtoş, ölkədə yaşayan müxtəlif milli azlıqların adları və hətta ABŞ-nın Federal Təhlükəsizlik Bürosunun (FBİ) adı olan yay papaqları və geyimləri geyinən insanlarla hər yerdə rastlaşmaq olar. Bu, ilk baxışdan ciddi olmayan məsələyə bənzəsə də, əslində, ölkədə milli ayrıseçkilik, bölücülük və bölgəçilik hisslərini aşılamağa yönəlmiş cəhddir. Belə ki, ölkəyə gətirilən və ticarət mərkəzlərində satılan bir sıra geyim məhsulları cəmiyyətdə milli-ayrıseçkiliyi, məhəlli təəssübkeşlik hisslərini, bölücülüyü təbliğ edir, digər tərəfdən yeniyetmə və gənclər arasında mənəvi aşınmaya gətirib çıxarır.
Sədərək Ticarət Mərkəzində bu qəbildən olan qeyim məhsullarının satışına qadağa qoyulub. Bu barədə məlumatı Sədərək Media Mərkəzinin rəhbəri Eltən İdrisoğlu verib. Onun sözlərinə görə, bütün satış məntəqələrinə belə qeyimlərin yığışdırılması ilə bağlı göstəriş verilib.




Statistika

» Hit............ 10985

» Onlayn.... 153

» Gün......... 6242

» Dünən.... 3471

» Ümumi... 4706441