ZƏNG EDİN

+99455

Email: mail@stm.az
İş vaxtı: 09:00 - 18:00
www.facebook.com/sederektm   www.twitter.com/SederekTM   http://www.youtube.com/watch?v=wurxonx-HMw&feature=youtu.be

Sədərək TM daxili intizam qaydaları


2013-05-07“ SƏDƏRƏK ” TİCARƏT MƏRKƏZİNİN DAXİLİ İNTIZAM QAYDALARI

“Sədərək” Ticarət Mərkəzinin daxili intizam qaydaları “Sədərək” Ticarət Mərkəzinin binasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün icarədarlara, onların əməkdaşlarına, eləcə də bina xidmətləri üzrə mülki hüquq və əmək müqavilələri əsasında çalışan şəxslərə şamil edilir.

1. QARŞILIQLI MÜNASİBƏTLƏR

1.1. Ticarət Mərkəzinin müdiriyyəti ilə daimi iş əlaqələrini təmin etmək məqsədilə icarədarın yoxluğu zamanı öz əməkdaşlarından birini məsul səlahiyyətli şəxs kimi təyin etməyə borcludur. Bunun üçün Ticarət Mərkəzinin müdiriyyətinə qeyd olunan şəxsin A.S.A. və günün hər saatında açıq olan telefon nömrələrini, eləcə də özünün günün hər saatında açıq olan telefon nömrələrini təqdim etməlidir. Məsul şəxs fövqəladə hallarda Ticarət Mərkəzinin müdiriyyəti ilə günün hər saatında əlaqə saxlamaq imkanına malik olmalıdır.
1.2. İcarədar, Ticarət Mərkəzinin müdiriyyəti əməkdaşlarının aşağıdakı məqsədlərlə 1(bir) iş vaxtında icarədara aid olan otağın istənilən hissəsinə maneəsiz şəkildə daxil olmağı təmin etməlidir:
• icarədarın icarə müqaviləsinin şərtlərinə və hazırkı qaydalara əməl etməsinin 
yoxlanılması;
• otağın texniki vəziyyətinin yoxlanılması;
• zəruri profilaktik və təmir işlərinin həyata keçirilməsi.
1.3. İcarədar, icarədarın yanında çalışan şəxslər və ya icarədarın istənilən müştərisi Ticarət Mərkəzinə (avadanlıq, mühəndis sistemləri və s.) hər hansı bir zərər vurduğu halda icarə müqaviləsində müəyyən olunmuş həcmdə, qaydada və müddətdə icarədar dəymiş zərərin əvəzini, eləcə də bu zərərin aradan qaldırılması ilə əlaqədar olan bütün xərcləri ödəməyə borcludur.
1.4. Fövqəladə hallar zamanı (digər şeylərlə yanaşı, yanğın, su basma, mühəndis sistemlərinin sıradan çıxması, qanunsuz hərəkətlərin edilməsi) Ticarət Mərkəzinin müdiriyyətinin, təsərrüfat və fövqəladə texniki xidmətlərin otağa günün istənilən vaxtında, icarədarı əvvəlcədən xəbərdar etmədən bu cür fövqəladə halların qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq məqsədilə təxirə salınmaz, maneəsiz şəkildə daxil olmaq hüququna malikdirlər. Ticarət Mərkəzinin müdiriyyəti təcili xidmətlərin çağırışı ilə bir vaxtda İcarədar ilə (İcarədarın nümayəndəsi ilə) əlaqə saxlayır və ona baş vermiş hadisə haqqında məlumat verir. Otağın açılması aparıcı təhlükəsizlik xidmətinin növbətçisi başda olmaqla komissiyanın iştirakı ilə həyata keçirilir. Fövqəladə hallarda otağın açılması üzrə Akt tərtib olunur.
1.5. İcarədarın işçiləri Ticarət Mərkəzinin müdiriyyətini onlara məlum olan xəbərlərlə dərhal məlumatlandırmalıdırlar, o cümlədən:
• Ticarət Mərkəzinin əmlakının bütövlüyünü, eləcə də insan həyatını təhlükə altında qoyacaq və ya təhlükə ilə nəticələnəcək münaqişə və fövqəladə hallar;
• Kommunikasiya və ya texniki mühafizə, siqnalizasiya və yanğınsöndürmə vasitələrinin texniki nöqsanları;
• Ticarət Mərkəzinin otaqlarının, binasının və ya digər sahələrinin istənilən şəkildə xarab olması;
• Ticarət Mərkəzinin təhlükəsizlik xidməti əməkdaşlarının, hərəkətləri qanun pozuntusunun qarşısının alınması ilə əlaqəsi olmadığı halda əxlaq qaydalarına uyğun olmayan davranışı.
1.6. Müdiriyyət qabaqcadan icarədarı təsərrüfat xidmətlərinin verilməsinin planlı şəkildə dayandırılması haqqında xəbərdar edir. Lakin, müdiriyyət təsərrüfat xidmətlərinin dayandırılmasına görə icarədarın avadanlıqlarına hər hansı bir zərərin dəyməsinə görə heç bir məsuliyyət daşımır.
1.7. Ticarət Mərkəzinin binasında bütün işgüzar tədbirlər Ticarət Mərkəzinin rəhbərliyinin yazılı icazəsindən sonra keçirilir.
1.8. Bütün inzibati məsələlər, eləcə də Ticarət Mərkəzinin mühəndis istismarı və icarədarın otaqlarının texniki xidməti məsələlərinə görə Ticarət Mərkəzinin müdiriyyətinə müraciət etmək gərəkdir.
1.9. İcarədar və Müdiriyyət arasında bütün qarşılıqlı münasibətlər (tələblər, razılaşma, icazə və digər məsələlər) əgər hazırkı qaydalarla digər şəkildə nəzərdə tutulmayıbsa, yazılı şəkildə həyata keçirilir.

2. KOMMERSİYA FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ

2.1. İcarədar otaqları qeyri yaşayış yerinin yalnız icarə müqaviləsində icazə verilən məqsədlər üçün, icarədarın kommersiya fəaliyyəti profilinə, çeşid siyahısı və ticarət markasına, icazə verilən istifadə məqsədlərinə uyğun olaraq istifadə etməlidir.
2.2. İcarəyə götürülən ərazidə icazəli istifadə üçün nəzərdə tutulmuşlardan başqa, yaşamaq, yemək bişirmək, əşyaların və malların saxlanılması istisna olunur.
2.3. Otaqlar qeyri-qanuni heç bir məqsədlər üçün, mövcud qanunvericiliyin və ya hər hansı bir dövlət, bələdiyyə və ya digər orqanların sərəncamının pozulması ilə nəticələnən hallarda istifadə oluna bilməz.
2.4. İcarədar özü istənilən vaxt otaqlara, binaya, ümumi istifadə zonalarına tətbiq edilən, yanaşı ərazilərin və icarədarın otaqda həyata keçirdiyi istənilən kommersiya fəaliyyətinə tətbiq edilən mövcud qanunvericiliyə (bununla yanaşı, kommersiya fəaliyyətinin lisenziyalaşdırılması və həyata keçirilməsi qanunvericiliyi, qəzanın qarşısının alınması qaydaları, yanğın, sanitar normalarına riayət edilməsi üzrə qayda və müddəalar, ekoloji normalar və ictimai asayiş qaydaları) ciddi şəkildə riayət edir və icarə olunan otaqların digər istifadəçilərinin bu qanunvericiliyə uyğun hərəkət etməsini təmin edir.
2.5. İcarədar kommersiya fəaliyyətinin aparılması üçün zəruri olan istənilən lisenziyaların və icazələrin əldə olunmasına və qüvvədə saxlanılmasına görə müstəsna məsuliyyət daşıyır.
2.6. İcarədarlar Ticarət Mərkəzinin ziyarətçilərinə keyfiyyətli xidmətin göstərilməsini təmin etməyə borcludurlar.
2.7. Ticarət Mərkəzinin müdiriyyəti icarədarın göstərdiyi xidmətlərin və satdığı malların keyfiyyətinə görə məsuliyyət daşımır.
2.8. İcarədarlar öz əməkdaşlarını müvafiq iş geyimi ilə təmin etməlidirlər.
2.9. Ticarət prosesində və ya xidmətlər zamanı icarədarın hüquqi statusundan və onun fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq icarədarın iş yerində aşağıdakı sənədlərin olması vacibdir:
• icarə olunan otaqların icarə müqaviləsi;
• sahibkarlıq fəaliyyətinin subyekti qismində qeydə alınması haqqında 
şəhadətnamə;
• müəyyən qrup məhsullar və müəyyən xidmətlərin göstərilməsi haqqında satılan malların və xidmətlərin uyğunluq (keyfiyyət) sertifikatı;
• satılan məhsulların təhlükəsizlik sertifikatı;
• satılan məhsulların mənşəyini təsdiq edən sənəd;
• ticarət üçün müəyyən olunmuş tibbi kitabçalar (müəyyən olunmuş mövcud qanunvericilik hallarında) üzrə satıcıların sağlamlıq vəziyyətini təsdiq edən şəxsi tibbi qeydlər və digər sənədlər;
• mövcud qanunvericiliyə uyğun olaraq ticarət prosesinin aparılması və ya xidmətlərin göstərilməsi zamanı zəruri olan digər sənədlər;

3. ÜMUMİ SAHƏLƏRDƏN İSTİFADƏ QAYDALARI

3.1. Əgər Ticarət Mərkəzinin müdiriyyəti tərəfindən digər qaydalar müəyyən olunmayıbsa, Ticarət Mərkəzinin ərazisində ümumi istifadə sahələri, ictimai çıxış və girişlər, eləcə də yanaşı ərazilər, ziyarətçilərin keçidi, otaqlara giriş və çıxışı başqa məqsədlər üçün istifadə oluna bilməz.
3.2. Ümumi istifadə sahələrinin icarədar tərəfindən kommersiya məqsədləri, həmçinin təqdimetmə mərasimlərinin keçirilməsi və reklam-təşviq aksiyalarının həyata keçirilməsi üçün istifadəsi yalnız Ticarət Mərkəzinin müdiriyyəti ilə əlavə razılıq əsasında mümkündür.
3.3. Ümumi istifadə sahələrinin, xidməti və təxliyə dəhlizlərinin icarədarın istənilən mülkünün saxlanması məqsədi ilə istifadə olunması qadağandır.
3.4. Ümumi istifadə sahələri hava mübadiləsini təmin edən yanğın dolabları, boruları, radiator və isitmə lyukları, ventilyasiyalar və hava kondisionerlər icarədar tərəfindən hər hansı bir şeylə qapanmamalı və ya içərisi doldurulmamalıdır.
3.5. Zərərin İcarədarın özü və ya onun işçiləri tərəfindən yetirilməsindən asılı olmayaraq ümumi şəkildə istifadə olunan sahə və avadanlıqlara yetirilən zərər icarədar hesabına təmir olunacaq.
3.6. Ümumi şəkildə istifadə olunan sahələrin müvəqqəti şəkildə bağlanması haqqında qərar fövqəladə hallar istisna olmaqla yalnız təmir və ya yenidənqurma işlərinin aparılması zərurəti olduğu halda və İcarədarı ən azı 1 (bir) gün öncədən xəbərdar etdikdən sonra qəbul edilə bilər.

4. TİCARƏT MƏRKƏZİNDƏ REKLAM SİYASƏTİNİN MÜƏYYƏN EDİLMƏSİ QAYDASI

4.1. Ticarət Mərkəzində sahibkarlığın inkişaf etdirilməsi, Ticarət Mərkəzinin kommersiya sirri rejiminin qorunması və Ticarət Mərkəzinin müsbət imicinin zədələnməsi üçün istifadə oluna biləcək hər hansı bir qərəzli informasiyanın qarsısının alınması məqsədilə, kütləvi informasiya vasitələrində reklam (foto və video) çəkilişlərinin yerləşdirilməsi və hər hansı bir formada reklam və tanıtım kompaniyalarının keçirilməsi mərkəzləşdirilmiş və ya pərakəndə formada Ticarət Mərkəzində yerləşən icarədarların (reklam sifarişçisinin) maddi vəsaiti hesabına Ticarət Mərkəzinin qurumu olan Sədərək Media Marketinq Mərkəzi tərəfindən aparılacaq. Ticarət Mərkəzinin müdiriyyətinin razılığı olmadan Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar tərəfindən Ticarət Mərkəzində yerləşən obyektlərinin hər hansı bir formada reklamını təşkil etmələri qadağandır.
4.2. İcarədarlar tərəfindən Ticarət Mərkəzinin müdiriyyətinin yazılı icazəsini almadan öz obyektlərində və ümumi istifadə olunan sahə və avadanlıqlarda plakat, cədvəl, elan, lövhə şit, transparant və s. asmaları qadağandır.

5. OTAQLARIN XARİCİ GÖRÜNÜŞÜ, DAXİLİ VƏ XARİCİ VİTRİNLƏRİN, FASADLARIN TƏRTİBATI QAYDASI

5.1. Otaqların daxili və xarici fasadlarının görünüşü Ticarət Mərkəzinin müdiriyyəti ilə razılaşdırılır.
5.2. İcarədar otaqları, ona aid olan fasad və vitrinləri, bütün lövhələri, otaqda yerləşən pərakəndə malları, interyeri, ticarət avadanlıqlarını və digər əmlakları səliqəli, təmiz və təhlükəsiz vəziyyətdə saxlamalıdır.

6. KOMMERSİYA FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ VAXTI

6.1. Ticarət Mərkəzi ziyarətçilər üçün hər gün açıqdır.
6.2. İcarədar Ticarət Mərkəzinin fəaliyyətinin reqlamenti çərçivəsində, Ticarət Mərkəzinin müdiriyyəti tərəfindən müəyyən olunmuş gün və saatda öz müəssisəsinin kommersiya fəaliyyətini aparır və ziyarətçilərin obyektlərə girişini təmin edir.
6.3. Ticarət Mərkəzində qəbul olunmuş qeyri iş günləri;
• Aşura və milli matəm günü-20 yanvardır
6.4. Ticarət Mərkəzinin iş rejimi: hər gün saat 06:00-dan 21:00-ə qədərdir.
Ticarət Mərkəzinin müdiriyyəti ilə başqa şəkildə razılaşdırılma yoxdursa, o zaman icarədar öz müəssisəsinin işini fasiləsiz şəkildə davam etdirməlidir.
6.5. İcarədarlar öz obyektlərini iş vaxtı başlamamışdan öncə açılmasını, eyni zamanda iş vaxtı bitməmişdən əvvəl bağlanmamağını təmin etməlidirlər. İcarədarın və ya onun əməkdaşının öncədən razılıq olmadan (erkən çıxma və ya gec gəlmə) müəyyən olunmuş iş rejimindən kənara çıxması halında ticarət mərkəzinin müdiriyyəti, İcarədarın mülkiyyətinin təhlükəsizliyi üçün məsuliyyət daşımır.
6.6. Hər hansı bir ticarət obyektinin iş zamanı bağlanması zərurəti halında icarədarlar ziyarətçilər üçün obyektin bağlanması səbəbləri və müddətini özündə əks etdirən məlumat xarakterli elan asmalıdırlar, obyektin 1 (bir) iş saatından artıq bağlanması halında ziyarətçilər üçün elandan başqa, bu haqda Mərkəzin müdiriyyətinə qabaqcadan yazılı şəkildə məlumat vermək gərəkdir.

7. İCARƏDARIN OBYEKTLƏRİNƏ GİRİŞİN TƏŞKİL OLUNMASI

7.1. İcarədar icarəyə götürdüyü obyektdə müştərilərin girişini Ticarət Mərkəzinin müəyyən etdiyi qaydalar uyğun təşkil etməyə borcludur.
7.2. Ticarət Mərkəzinin müdiriyyəti təhlükəsizliyə, mərkəzin adına və ya maraqlarına zərər verə biləcək şəxsləri lazım bildiyi təqdirdə Ticarət mərkəzinə və onun ərazisinə buraxmamağa və ya həmin şəxsləri kənarlaşdırmağa tam hüququ çatır, eyni zamanda istənilən şəxsin bu qaydaların tələblərini yerinə yetirmədiyi halda onu girişinə qadağa qoymaq hüququna malikdir.
7.3. İcarədarın əməkdaşlarının və kənar şəxslərin qeyri-iş günü Ticarət Mərkəzinin otaqlarında olması qadağandır.
7.4. Ümumi istifadə sahələrinin yanğın çıxışları və ya yanğın pilləkənlərindən Ticarət Mərkəzində giriş-çıxış məqsədləri üçün istifadə etmək qəti şəkildə qadağandır. İcarədarın əməkdaşlarının girişi Ticarət Mərkəzində iş vaxtının başlanmasından bir saat əvvəl başlanır.

8. YÜKLƏRİN BOŞALDILMASI VƏ DAŞINMASI QAYDASI

8.1. Yükboşaltma məntəqəsindən yüklərin icarədarın otaqlarına və ya anbara çatdırılması icarədarın təyin etdiyi məsul şəxsin iştirakı ilə həyata keçirilir. İcarədarın təyin etdiyi məsul şəxsin, əmlakın daşınması və qəbulu zamanı iştirakı mütləqdir.
8.2. İcarədar öncədən yükün otaqlara daşınmasına hazırlıqlı olmalıdır.
8.3. İcarədar iri qabaritli yükləri daşımaq və qəbul etmək istədikdə 24 saat öncədən bu cür işlərin görülməsi vaxtını və qaydalarını Ticarət Mərkəzinin müdiriyyəti ilə razılaşdırmalıdır.
8.4. Yüklərin ümumi istifadə zonalarına və yanaşı ərazilərə qoyulmasına icazə verilmir. İcazə verilməyən yerlərə yükün toplanması nəticəsində yükün icarədarın hesabına yerdəyişməsi təmin ediləcək.
8.5. Yükü daşıyan və qəbul edən şəxs iş bitdikdən sonra bütün qablaşdırma materiallarını və zibilləri yığışdırmalı və müəyyən edilmiş tələblərə müvafiq hərəkət yolunda təmizlik işləri aparmalıdır.

9. TULLANTI EMALININ TƏŞKİLİ

9.1. İcarədar tullantı və zibillərin toplanmasını, eləcə də yalnız Ticarət Mərkəzinin müdiriyyətinin müəyyən etdiyi binalarda onların saxlanmasını və anbara yığılmasını həyata keçirir.
9.2. İcarədar tullantıları yalnız xüsusi yerlərdə olan zibil üçün təchiz olunmuş konteynerlərə tullaya bilər.
9.3. İri qabaritli tullantıların, lüminessensiya lampalarının və digər xüsusi tullantıların, eləcə də çürüməyə və ya xoşagəlməz qoxulara meylli olan zibillərin məhv edilməsi Ticarət Mərkəzinin müdiriyyəti ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə görülməlidir.

10. İCARƏDARLARIN OTAQLARININ TƏMİZLƏNMƏSİ

10.1. İcarədar sanitar-gigiyenik normalara riayət edərək öz otaqlarını təmiz və səliqəli saxlamalıdır.
10.2. İcarədar öz gücü hesabına vitrajların, ticarət avadanlıqlarının, satılan məhsulların və digər əşyaların, eləcə də otaqların təmizlənməsini təmin etməlidir.
10.3. İş vaxtı ərzində icarədar “cari təmizliyi” həyata keçirməlidir.
10.4. İcarədar bütün əməkdaşlarını sanitar qovşaqda və ümumi istifadə sahələrində təmizliyə riayət olunması üçün təlimat verməlidir.
10.5. Kanalizasiyaya qida tullantılarını və istənilən digər tullantıları, eləcə də kanalizasiya borularının və digər avadanlıqların tutulmasına gətirib çıxaran istənilən mayelərin tökülməsinə qəti şəkildə icazə verilmir.

11. MÜHƏNDİS AVADANLIQLARINDAN İSTİFADƏ QAYDALARI

11.1. İcarədarın otaqlarında olan mühəndis avadanlıqlarından istifadə haqqında bütün məsələlər yalnız Ticarət Mərkəzinin müdiriyyəti ilə həll olunur. Mühəndis şəbəkəsi və sistem xidmətləri, mühəndis sistemlərinin yenidən təchiz olunması, eləcə də istənilən təmir üzrə bütün cari işlər Ticarət Mərkəzinin müdiriyyətinin qüvvəsi ilə icarədarın hesabına və ya icarədarın özü tərəfindən, lakin Ticarət Mərkəzinin müdiriyyətinin razılığı ilə həyata keçirilir.
11.2. Mühəndis avadanlıqlarında istənilən nasazlıq və ya fövqəladə vəziyyətlərdə Ticarət Mərkəzinin müdiriyyətinə dərhal xəbər vermək gərəkdir.

12. TİCARƏT MƏRKƏZİNİN ƏRAZİSİNDƏ SİQARET VƏ SPİRTLİ İÇKİLƏRDƏN İSTİFADƏ

12.1. Ümumi istifadə zonalarında və icarədarların otaqlarında siqaret və spirtli içkilərdən istifadə qadağan edilmişdir. İcarədar bütün bu qaydaları hər bir icarə olunmuş otaqların istifadəçilərinə çatdırmalıdır. İcarədar həm də icarə olunmuş ərazilərdə ziyarətçilərin siqaret çəkməməsinə və spirtli içki içməməsinə nəzarət etməlidir.
12.2. Ticarət Mərkəzi icarədarların və onların əməkdaşlarının siqaret çəkməsi üçün xüsusi yer müəyyən etməlidir.

13. İCARƏDARLARIN ƏMƏKDAŞLARININ QİDA QƏBULU

13.1. Yemək hazırlanmaq üçün Ticarət Mərkəzinin müdiriyyəti ilə razılığın olmadığı hər hansı bir elektrik qızdırıcısı cihazlarından istifadə olunması qəti qadağandır. 
13.2. İcarədarın əməkdaşları tərəfindən gətirilən qidaların qəbulu üçün ümumi sahələrdən istifadə olunmasına icazə verilmir.

14. İCARƏDARLAR ARASINDA QARŞILIQLI MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİ

14.1. Hər bir icarədar Ticarət Mərkəzinin digər icarədarlarının maraqlarını nəzərə almalıdır.
14.2. Əgər Ticarət Mərkəzinin müdiriyyəti ilə başqa müddəalar razılaşdırılmayıbsa, o zaman digər icarədarların kommersiya fəaliyyətinə, ziyarətçilərə mane olan və onların fəaliyyətinə təsir göstərə biləcək səs, işıq və digər effektlərdən istifadə olunmasına yol verilmir. Səs translyasiyası sistemləri (musiqili, səsli reklamlar) yalnız Ticarət Mərkəzinin müdiriyyəti razılığından sonra quraşdırıla bilər.

15. TEXNİKİ VƏ YANĞIDAN MÜDAFİƏ TƏHLÜKƏSİZLİYİ QAYDALARI

15.1. İcarədar yanğın təhlükəsizliyinin tələblərinə ciddi şəkildə riayət etməlidir. Obyektlərdə və ya Ticarət Mərkəzinin ərazisində yanğın aşkarlanarsa, o zaman icarədarın əməkdaşları bu haqda Ticarət Mərkəzinin müvafiq əməkdaşlarına dərhal məlumat verməli və Ticarət Mərkəzinin müdiriyyəti vaxtaşırı təlimatlandırma zamanı əldə etdikləri göstərişlərə uyğun şəkildə hərəkət etməlidirlər.
15.2. Mövcud qanunvericiliyə əsasən icarədar öz otaqlarında yanğın təhlükəsizliyinə görə məsuliyyət daşıyan şəxsləri təyin edir.
15.3. İcarədar öz obyektində yanğın söndürmə vasitələri saxlamalıdır.
15.4. İcarədarların bütün istifadəçiləri texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidir. Beləki;
• Işiqları söndürməli, obyektdə elektriklə işləyən bütün cihazları elektrik 
xəttindən ayırmalı;
• Su xəttini bağlamalı;
• Pəncərələri və kiçik havalandırma yerlərini bağlamalı;
• Qapıları və jalüzləri etibarlı qıfıllarla bağlamalı;
• Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik möhürlərlə qapılar möhürlənməli və plastik möhürlər üzərində olan nömrələr dəftərə qeyd edilməlidir.
15.5. Tətbiq edilən qanunvericilikdə icazə verilməyindən asılı olmayaraq icarədar otaqlara heyvan, insan sağlamlığı və ətraf mühit üçün təhlükəli olan, tez alışan və zəhərli əşyalar, silah, döyüş sursatı, radioaktiv və ya istənilən digər materialları və ya maddələri gətirməməli və saxlamamalıdır.

16. TİCARƏT MƏRKƏZİNİN ƏRAZİSİNDƏ TƏHLÜKƏSİZLİYİN TƏMİN OLUNMASI QAYDASI

16.1. Ticarət Mərkəzinin ərazisində təhlükəsizliyin təmin olunmasını Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanunvericilik aktlarını əldə rəhbər tutan ixtisaslaşdırılmış mühafizə təşkilatı həyata keçirir.
16.2. Mühafizə strukturunun Ticarət Mərkəzinin ərazisində təhlükəsizliyin təmin olunması problemi haqqında istənilən məsələləri yalnız Ticarət Mərkəzinin müdiriyyəti vasitəsilə həll olunur.
16.3. Ümumi istifadə sahələrində, ona bitişik ərazilərdə ictimai asayişi təmin etmək üzrə mühafizə təşkilatının fəaliyyətinin təşkil olunması və uyğunlaşdırılması, Ticarət Mərkəzinin ziyarətçilərinə, işçilərə xidmət göstərən İcarədarların və Ticarət Mərkəzinin müdiriyyətinin əməkdaşlarına qarşı qəsd və sağlamlıqlarına ziyan verə biləcək qanunsuz hərəkətlərin qarşısının alınması və aradan qaldırılması, eləcə də ümumi istifadə sahələrində yerləşən maddi sərvətlərin mühafizəsini təmin etmək Ticarət Mərkəzinin öhdəçiliyinə daxildir.
16.4. Qanun pozuntusunun qarşısının alınması və aradan qaldırılması yolunda adekvat tədbirlərin həyata keçirilməsi üçün İcarədar ona icarəyə verilmiş ərazidə və ya ümumi istifadə sahələrində baş vermiş qayda pozuntusu haqqında ona məlum olan bütün məlumatları təxirəsalınmaz şəkildə müdiriyyətə çatdırmalıdır.
16.5. Kütləvi aksiyalarla, təbii hadisələrlə, qeyri-qanuni hərəkətlərlə, eləcə də Ticarət Mərkəzinin ərazisində texniki qüsurlarla və s. ilə bağlı fövqəladə hallar baş verdikdə bütün icarədarlar müdiriyyətin təlimatlarına ciddi şəkildə riayət etməlidirlər.

17. MADDİ MƏSULİYYƏT

17.1. Həmin qaydaların pozulduğu hallarda aşağıdakı sanksiyalar tətbiq olunur: 
• İcarədar və ya onun əməkdaşları tərəfindən daxili intizam qaydalarının kobud şəkildə və ya dəfələrlə pozulmasına görə onlara qarşı müəyyən məbləğlərdə cərimə sanksiyaları tədbiq edilə və ya onlarla bağlanmış icarə müqavilələri bir tərəfli qaydada ləğv edilə bilər. 
• Təmizliyə riayət və bu kimi öhdəliklərin yerinə yetirilmədiyi halda Ticarət Mərkəzi İcarədarın əvəzinə onun yerinə yetirməli olduğu bütün lazımi işləri yerinə yetirəcək və göstərilən xidmətlərin dəyəri hesab formasında ona təqdim ediləcəkdir.




Statistika

» Hit............ 4214

» Onlayn.... 187

» Gün......... 2043

» Dünən.... 4275

» Ümumi... 4713610